Turkanhas quoted8 years ago
Dəniz otlarından hörülmüş damın kiçik dəliyindən bütün səmaların ən mavi səmasına, Aralıq dənizinin yay səmasına baxırdım. Baxırdım və razılıqla köksümü ötürürdüm. Kristian yanımda çimərlik şezlonquna yayxanmışdı. Mənim ərim – köynəksiz və ayaq hissəsi kəsilmiş cins şalvarında yaraşıqlı və seksual – Qərbin bank sistemini iflasdan qorumaqdan bəhs edən kitabı oxuyurdu. Deyəsən, həyəcanverici triller idi: çünki çoxdandır onu belə səssiz görməmişdim. Birləşmiş Ştatların ən reytinqli özəl şirkətlərindən birinin uğurlu sahibindən daha çox indi o, tələbəyə oxşayırdı.
Bal ayımız başa çatmaqda idi, bunlar isə onun son epizodlarıdı. Mərakeşdə adı tamamilə özünə yaraşan bir otelin – “Biç Plaza Monte-Karlo”nun çimərliyində axşamçağı günəşindən həzz almaqda idik, düzdür, əslində, əvvəldən burada gecələməmişdik. Gözlərimi açıb körfəzdə lövbər salmış “Gözəl ledi”yə baxdım. Biz əlbəttə ki, bu dəbdəbəli yaxtada qalırdıq. 1928-ci ildə qurulmuş yaxtanın su üzərində olduqca gözəl duruşu var idi və körfəzdəki bütün yaxtaların arasında əsl şahzadəyə oxşayırdı. O mənə batareya ilə işləyən uşaq oyuncağını xatırladırdı. Kristan ona vurulmuşdu və onu satın almaq üçün niyə can atdığını, deyəsən, başa düşürdüm. Ah, bu oyuncaqlı oğlan uşaqları!
Kürəyimə yaslanıb aypodumda Kristian Qreyin hazırladığı musiqi albomunu dinləyir, tənbəl-tənbəl mürgüləyərək onun evlilik təklifini xatırlayırdım... Qayıqda etdiyi nağıla bənzər təklifini... Çöl çiçəklərinin ətrini belə hiss eləyirdim...
— Biz sabah evlənə bilərik? — Kristian qulağıma yavaşca pıçıldadı.
Ehtiraslı sevişmədən doymuş və yorulmuş halda yayılaraq başımı onun sinəsinə qoydum.
— M-m-m.
— Bunu “hə” kimi başa düşmək lazımdır? — sualdakı xoş təəccübünü hiss etdim.
— M-m-m.
— Yoxsa “yox”?
— M-m-m.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)