Xuraman Memmedovahas quoted5 years ago
– Xəstəliklərdən çəkdiyimiz əzabları və heydən salan əməyin verdiyi əziyyətləri elm, ola bilsin, azaltmışdır. Elmin rahatlığımızı təmin edən və bizə əyləncələr təklif edən bir çox maşın yaratdığını inkar etmək olmaz. Lakin bizi nə bir təəccüb, nə də bir ruhi təlatüm doğurmağa qadir olmayan dünyaya gətirən də elə həmin elmdir. Bizim möhtəşəm gözəllikdə olan günəş şüalarımız dalğa uzunluqları və səs tezlikləri səviyyəsinə salınmışdır. Hüdudsuz və sonsuz qədər mürəkkəb Kainat riyazi tənliklər sisteminə çevrilərək parça-parça dağıdılmışdır. Və hətta bizim, bəşər övladı varlığının nümayəndəsi olaraq, özümüzün özümüzə hörmətimiz məhvə məruz edilmişdir. Elm bildirir ki, Yer planeti bütün sakinləri ilə birlikdə – əzəmətli sistemdə vur-tut əhəmiyyət kəsb etməyən, heç bir rol oynamayan qum dənəciyidir. Özünəməxsus kosmik anlaşılmaz­lıqdır
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)