Aytac Nazhas quoted8 years ago
— Biz detektiv romanlar oxuyanda... heç düşünmüs ənmi niyə xəfiyyənin cinayəti açıb cinayətkarı tutmasını çox istəyirik? Bəlkə ona görə yox ki, biz qisasın alınmasını və qətllərin dayanmasını istəyirik. Bəlkə istəyimiz odur ki, cinayətkar islah olunsun. Xəfiyyə qatilin xilaskarıdı. Təsəvvür et ki, İsa arxanca düşüb, səni tutub ruhunu xilas etməyə çalışır. O təkcə passiv və səbirli Allah deyil, zəhlətökən və aqressiv xəfiyyədi. Biz istəyirik ki, cinayətkar məhkəmədə peşman olsun. Ya da ölümə məhkum edilənlərin kamerasında, özükimilərin əhatəsində. Xəfiyyə çobandı və bizim niyyətimiz budur ki, cinayətkar — yolunu azmış qoyun sürüyə, bizim yanımıza qayıtsın. Biz onu sevirik, ondan ötrü darıxırıq. Biz onu ağuşumuza alıb köksümüzə sıxmaq istəyirik. Bəlkə elə buna görə bu qədər qadın dustaqlara, o cümlədən qatillərə ərə gedir. Onlara şəfa vermək üçün.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)