Vusala Mammadovahas quoted8 years ago
İKİ QURBAĞA

İki qurbağa bir gölməçədə yaşayırdı. Yayın qızmarında gölməçə qurudu; qurbağalar onu tərk etdilər və birlikdə özlərinə yeni məskən axtarmağı qərara aldılar. Yolda olurdu ki, onlara dərin, ağzına qədər su ilə dolu quyuların yanından keçmək lazım gəlirdi. Quyuya baxan qurbağa rəfiqəsinə dedi: “Gəl burada qalaq və bu quyuda məskunlaşaq, – o bizə daldalanacaq və qida verəcək”. O biri şübhə ilə cavab verirdi: “Bəs təsəvvür et ki, birdən quyuda su qurudu – biz belə dərinlikdən çıxa biləcəyikmi?”
Nəticələri düşünüb-daşınmadan heç nə etmə.
Ezop, b.e.ə. VI əsr
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)