Morzun dalına düşüb onu uzun zaman təqib etmiş, tinləri burulanda küçə fənərlərinin işığında onun üzünə diqqət edib yadında saxlamağa çalışmış və bütün varlığı ilə arzu etmişdi ki, bu hörmətli centlmen hər hansı bir ölüm təhlükəsinə məruz qalsın və onun həyatını xilas etmək üçün Martinin əlinə fürsət düşsün.