muradrustemhas quoted8 years ago
Axı bütün bu əsərlər çoxdan yazılmışdır! Sən indi məni qonaq eləyirsən, bir zamanlar isə mən acından ölsəydim, sənin vecinə də olmazdı. Məni evinə buraxmırdın, yalnız qulluğa getmədiyimə görə mənim üzümə belə baxmaq istəmirdin. Halbuki onda bütün əsər­lərimi yazıb qurtarmışdım. İndi isə mən danışanda sən hörmətlə susursan, pərəstiş dolu gözlərini məndən çəkmirsən, hər sözümü diqqətlə dinləyirsən. Mən sənə deyirəm ki, sənin partiyan rüşvət­xorlardan və fırıldaqçılardan ibarətdir, qəzəblənmək əvəzinə, sən yanıqlı-yanıqlı başını tərpədirsən və az qala, mənim dediklərimi təs­diq edirsən. Axı nəyə görə?! Ona görə ki, mən adlı-sanlıyam! Ona görə ki, mənim çoxlu pulum var. Əsla ona görə yox ki, mən Martin İdenəm, yaxşı oğlanam və heç də səfeh deyiləm! Mən desəydim ki ay yaşıl pendirdən düzəldilib, sən dərhal bununla razılaşardın, hər halda, mənə zidd getməzdin, ona görə ki, mənim yığın-yığın qızılım var. Bu qızılları yazdığım əsərlərə görə al­mı­şam, əsərlərimi isə çoxdan, məni adam saymadığın və eyninə almadığın həmin günlərdə yazmışam
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)