Sevil Məmmədlihas quoted7 years ago
Ştempelin üstündə – London, Cənub-Qərb, 7 iyul yazılıb. Hm! Küncdə kişiyə aid baş barmaq izi var. Yəqin ki, poçtalyonundur. Çox keyfiyyətli kağızdır. Zərfin qiyməti altı pensdir. Zövqlü adam imiş, ən azından bu mənada. Öz ünvanını yazmayıb. “Bu gün axşam “Litseum” teatrının girişindən solda yerləşən üçüncü sütunun yanında olun. Əgər qorxursunuzsa, özünüzlə iki ­dostunuzu da götürün. Sizə haqsızlıq ediblər. Bunun əvəzi ödənməlidir. Polisə xəbər verməyin. Polis işə qarışsa, hər şey məhv olacaq. Sizin xeyirxahınız.” M-m, hə, doğrudan da! Əla, gözəl bir tapmacadır! Miss Morsten, nə edəcəksiniz?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)