Vusala Mammadovahas quoted8 years ago
Marketinq planına cəmi altı element daxildir: vəziyyətin analizi, məqsədin analizi, strategiya, taktika, büdcə və nəzarət:
1. Vəziyyətin analizi. Şirkət analizin gedişatı zamanı makrosəviyyədə hərəkət edən xarici amilləri (iqtisadi, siyasi-hüquqi, sosial-mədəni, texnoloji), həmçinin vəziyyətin oyunçularını, ya da iştirakçılarını (şirkəti, rəqibləri, distribüterləri və tədarükçüləri) tədqiq edir. Şirkətlər SWOT-analiz, yəni güclü və zəif tərəflərin, imkan və təhlükələrin (strengths, weaknesses, opportunities, threats) analizini keçirirlər. Əslində onu TOWS-analiz adlandırmaq, daha doğrusu, tədqiq olunan amilləri əks istiqamətdə (təhlükə, imkanlar, zəif tərəflər, güclü tərəflər) dəyişmək daha düzgün olardı. Burda xarici amillərdən daxili səbəblərə doğru hərəkət etmək lazımdır, yoxsa daxili amillərə həddən ziyadə diqqət yetirmiş və nəticədə şirkətin yalnız güclü tərəflərinə aid təhlükə və imkanları gözdən keçirmiş olacaqsınız.
2. Məqsədlər. Vəziyyəti analiz zamanı şirkət üçün mümkün olan ən yaxşı imkanlar aşkar olandan sonra düzənlənir, bundan sonra şirkətin məqsədləri formalaşır və onların nailiyyət müddəti müəyyənləşir. Məqsədlər biznesin bütün iştirakçılarının, şirkətin etibarının, tətbiq olunan texnologiyanın və digər əhəmiyyətli amillərin xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
3. Strategiya. İstənilən məqsədə müxtəlif yollar apara bilər. Məqsədə nail olmaq üçün ən yaxşı kurs seçimi – strategiyanın qarşısına qoyulan öhdəlikdir.
4. Taktika. Strategiyanı marketinq instrumentarisinə və konkret tədbirlərə aid olan detalları təsəvvürdə — ətraflı — canlandırmaqla inkişaf etdirmək lazımdır. Tədbirlər üçünsə məsul şəxslər və icra müddəti müəyyənləşdirilir.
5. Büdcə. Planlaşdırılmış tədbirlər və işlər xərclərlə bağlıdır ki, onlar da öz növbəsində şirkətin məqsədinə nail olması üçün zəruri olan büdcəyə əlavə edilir.
6. Nəzarət. Şirkət planın yenidən nəzərdən keçirilməsinin və məqsədə çatmaq uğrunda işlərin necə getdiyini müəyyənləşdirməyə imkan yaradan nəzarət göstəricilərinin dövriliyini müəyyənləşdirməlidir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)