Vusala Mammadovahas quoted8 years ago
Qədim Çində Çen şahlığından olan hökmdar Vu, getdikcə güclənən Çu şahlığını ələ keçirmək vaxtının çatdığı qərarına gəlmişdi. O, niyyətini heç kimə agah etmədən, qızının Çuya ərə getməsini təşkil etmişdi. Ardınca şuranı toplamışdı və nazirlərə demişdi: “Mən hərbi əməliyyatlara başlamağa hazırlaşıram. Fikrinizcə, hansı şahlığı ələ keçirməyimizə dəyərdi?” Elə onun gözlədiyi kimi də, məsləhətçilərdən biri cavab verdi: “Çunun şahlığını”. Hökmdar, elə bil, hirs­lənmişdi: “Çu indi – bizə qohum olan şahlıqdır. Onun üzərinə hücum etmək sənin ağlına haradan gələ bilərdi?” Və o, məsləhətçini cinayətkar təklifinə görə cəzalandırmağı əmr etdi. Bu xəbər hökmdar Çuya çatmışdı və o, Vunun düzgünlüyü ilə bağlı çox­saylı tərifnamələri, həmçinin də onun qızı ilə nika­hını nəzərə alaraq, Çen şahlığı ilə öz sərhədlərinin müdafiəsi üçün heç bir tədbir görmürdü. Üstündən bir neçə həftə ötəndən sonra Venin ordusu Çuya daxil oldu və hakimiyyəti Vuya ötürdü ki, o, bunu bir də heç vaxt əldən buraxmasın.
Düzgünlük –
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)