b0497577606has quoted8 years ago
12

Evin birinci mərtəbəsində kirayənişinlərin yaşadığı ortaya çıxarsa, atacağım addımı düşünərək, mən bütün şəhəri keçməklə Vest Nili küçəsinə sürdüm (yavaş sürətlə, amma çox böyük inamla). Belə olduqda, yəqin ki, yeni silah almaq lazım gələcəkdi... amma mən 38 kalibrli “Polis Speyşl”-ı istəyirdim, çünki bir dəfə Derridə məhz ondan istifadə etmişdim və uğurlu alınmışdı.
“Bu gün” radio xəbər buraxılışının aparıcısı Frenk Bleyrə görə Kennedi Mayamiyə getmiş, böyük kubalı kütlə tərəfindən alqışlanmışdı. Bəziləri əllərində “YAŞASIN CON F. KENNEDİ”, digərləri isə “KENNEDİ BİZİM İDEYALARI SATDI” sözləri yazılmış plakatlar tutmuşdu. Əgər bir şey baş verməzsə, onun yetmiş iki saat ömrü qalıb. Osvald – bir az çox yaşayacaq – indi dərslik anbarındadır, ola bilsin ki, kitab doldurulmuş qutuları yük liftlərindən birinə yükləyir, bəlkə də istirahət otağında qəhvə içirdi.

Mən onun “işinə” elə orada da baxa bilərdim – sadəcə ona yaxınlaşa və güllələməklə – ancaq tutulub, qandallanmaq halı da istisna edilmir. Əgər işimdə uğurlu olaramsa, bu hal atəşdən sonra ola bilər. Əgər uğursuzluq olarsa, onda atəşdən əvvəl. Istənilən halda Seydi Danhilli növbəti dəfə dəmir barmaqlıqlarla möhkəmləndirilmiş şüşə arxasından görməli olardım. Əgər Osvaldı dayandırmaq üçün həyatımı vermək lazım gələrsə – qəhrəmanların dilincə desək özümü qurban vermək lazım olarsa – düşünürəm ki, bunu edə bilərdim. Ancaq mən belə olmasını heç istəmirəm. Seydinin və sevimli tortumun da yanımda olmasını istəyirəm.
Vest Nili küçəsindəki 214 saylı evin qarşısındakı yaşıllıqda barbekyu manqalı, eyvanda yeni yelləncək kreslo vardı, amma pəncərənin pərdəsi çəkilmişdi, həyətə gedən yolda maşın görmədim. Maşınımı səkidə saxladım, “risk etməyən şampan içmir” deyib, pillələri qalxdım. On apreldə Marinanın durduğu yerdə dayandım, o, qapını döyən formada mən də döydüm. Qapını açan olarsa, “Ensiklopediya Britannika”nın yayıcısı Frenk Anderson kimi təqdim edərəm (“Grit” qəzeti üçün olduqca yaşlı idim). Evin xanımı maraq göstərərsə, sabah nümunə ilə gələcəyimi vəd edərəm.
Heç kim səs vermədi. Bəlkə mənzilin bu xanımı da işləyir. Bəlkə aşağıya – qonşuya enib. Bəlkə o, bu yaxınlara kimi mənə məxsus olan və içəndən sonra yatdığım yataq otağındadır. Belə halda Keçmişin Dünyasında dediyimiz kimi bunun mənim üçün isti-soyuğu yoxdur. Məkanda sakitlik idi, əsas məsələ bu idi, səkidə də boşluq idi. Hətta qonşu gözətçinin gəzinti qoltuğu ilə silahlanmış xanım Alberta Hitçinson da gözə dəymirdi.
Eyvandan yanaşı və axsayaraq endim, cığıra tərəf getdim, sanki bir şeyi unutmuş kimi döndüm və pillələrin altına baxdım. 38 kalibrli tapançam orada idi, yarı yarpaqla örtülmüşdü, yalnız qısa lüləsi görünürdü. Sağlam dizim üstə əyildim, onu təmizlədim və idman paltomun yan cibinə soxdum. Ətrafa baxdım, heç kimin baxmadığını dəqiqləşdirdim. Axsaya-axsaya maşınıma tərəf getdim, silahı əl yerinə qoydum və sürüb, oradan aralandım.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)