Türkeşhas quoted8 years ago
Ey Şəmamə, qoca yarım, səni sevdim, sevəli,
Motalım, tülkü dağarım, səni sevdim, sevəli.
Gözlərin taxi-zoğal tək baxıban canın alır,
Ey mənim çeşmi-xumarım, səni sevdim, sevəli,
Necə qat-qat qırışıbdır, ruxi-gül buyun, a gül,
Ey mənim şuxi-üzarım, səni sevdim, sevəli
Qəddi tabın, gözəlim, taqi-kəduyə bənzər.
Nə xuramandır, a qarım, səni sevdim, sevəli.
Gecələr sübhə kimi ahü fəqan ilə deyər:
Quruyub cümlə damarım səni sevdim, sevəli

1

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)