Əlihas quoted8 years ago
şəxsən öz hakimiyyətinin möhkəmlənməsinə müəyyən əngəllər törədən hər şeyi aradan qaldırmaq qərarına gələn Napoleon nəinki mühacirləri əfv etməklə satılmamış əmlakların bir hissəsini onlara verdi, hətta Fransa hökumətinin katolik kilsəsi ilə rəsmi barışmasını da yoluna qoydu. Artıq hazırda, brümerin 18-dən sonra katolik ayinlərini qorxu-ürküsüz icra etmək olardı. İndi o, İsanın dirilməsi gününün bayram edilməsinə icazə verir, keşişlərin bir çoxunu sürgündən qaytarır və həbsdən buraxırdı. Sonra Napoleon birinci konsulun katolisizmin “fransız xalqının əksəriyyətinin dini” kimi qəbul edilməsinə və katolik kilsəsinin dövlətin himayəsi altına keçməsinə razılıq verməsi ilə əlaqədar irəli sürdüyü şərtlər barədə papa ilə danışıqlara başladı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)