Vusala Mammadovahas quoted8 years ago
AMASİSİN HİYLƏGƏRLİYİ

Misirdə Apri devriləndən sonra, Siuf şəhərinin Saiss əyalətindən olan Amasis taxt-taca qalxdı. Misirlilər başlanğıcda padşahı saya belə almırdılar, çünki əvvəllər o, adi vətəndaş idi və hətta əsil-nə­cabətli nəsildən də deyildi. Sonra, ancaq Amasis onların etiba­rını hiyləgərliklə, lakin çox incə üsulla qazanmağa müvəffəq oldu. Onun saya-hesaba gəlməyən sərvətləri arasında, padşahın özünün və onun qonaqlarının hamısının həmişə ayaqlarını yuduqları tas var idi. Amasis həmin tasın əridilməsini, ondan tanrının hey­kəlinin tökülməsini və heykəli şəhərin ən gediş-gəlişli yerində qo­yulmasını hökm etdi. Misirlilər isə heykəlin yanından keçəndə ilahi­pərvər həyəcanla ona dua edirdilər. Amasis bu haqda eşidəndə, misirliləri yanına yığmağı hökm etdi və onlara bildirdi ki, indi onların ilahipərvər ehtiramla yanaşdıqları heykəl, ayaqları yumaq üçün olan, onların əvvəllər tüpürdükləri, ifrazatlarını buraxdıqları və ayaqlarını yuduqları həmin tasdan düzəldilib. Bax onun özü ilə də, təxminən elə həmin tasla bağlı olana oxşar bir şey baş verib. Olsun ki, Amasis əvvəllər nə vaxtsa adi vətəndaş idi, indi isə – onların padşahıdır. Buna görə də, misirlilər ona ehtiram və hörmət etməlidirlər. Bu minvalla Amasis misirlilərin yaxşı münasibətini qazandı və onlar Amasisə xidmət edəcəkləri ilə könüllü surətdə razılaşdılar.
Herodot, b.e.ə. təqribən 485 – 425
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)