Gulshan Jabihas quoted8 years ago
Onu da unutmamalıdır ki, bu ədəbiyyat əksərən cəmiyyətin yüksək və ziyalı təbəqəsinə aid olub, xalq ilə qətiyyən əlaqəsi olmamışdır. Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır. Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yapma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun 4 telli sazına uymamış, o öz yaratdığı kərəmlərilə, qəriblərilə, tapdıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. İnsafən, etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövq-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)