Lamiye Bedelovahas quoted8 years ago
XALQLARIN
PSİXOLOGİYASI

Giriş

MÜASİR BƏRABƏRLİK İDEYALARI
VƏ TARİXİN PSİXOLOJİ ƏSASLARI

Bərabərlik ideyalarının təşəkkülü və inkişafı. – Onun doğurduğu nəticələr. – Baxın, onun tətbiqi nəyə gətirib çıxarıb. Onun kütlələrə hazırkı təsiri. – Bu əsərdə nəzərdə tutulmuş məsələlər. – Xalqların ümumi təkamülünün başlıca faktorlarının tədqiqi. – Bu təkamül təsisatlardanmı təşəkkül tapır? – Hər bir sivilizasiyanın elementləri özündə ayrılıqda götürülmüş hər bir xalqa xas olan təsisat, incəsənət, etiqad və s. kimi məlum psixoloji əsasları əks etdirirmi? – Tarixdə hadisənin əhəmiyyəti və dəyişilməz qanunlar. – Bəlli subyektdə irsi ideyaların dəyişdirilməsinin çətinliyi.
Xalqları idarə edən təsisatların ideyaları ən uzunmüddətli təkamülə məruz qalırlar. Çox astagəlliklə təşəkkül tapan bu ideyalar, elə tədricən də yoxa çıxırlar. Ağıllı zəkaların aşkar nöqsan kimi qəbul etdikləri həmin ideyalar, kütlə tərəfindən uzun zaman ərzində şəksiz həqiqət kimi qəbul edilir və qara xalq kütləsinə öz təsirini göstərməkdə davam edir. Yeni ideyanı təlqin etmək nə qədər çətindirsə, köhnəsini aradan qaldırmaq da bir o qədər asan deyil. Bəşəriyyət ölü ideyalardan və ölü tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
İbtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini və irsi qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından, demək olar ki, bir əsr yarım vaxt keçib.
Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim kəsildi və öz bəhrəsini də çox tez verməyə başladı. O, köhnə cəmiyyətin əsaslarını sarsıtdı, ən qorxunc inqilablardan birinə gətirib çıxardı və qərb dünyasında bir sıra güclü qıcolmalar doğurdu və onların sonu hələ də görünmür.
Şübhəsiz, fərdləri və irqləri bir-birindən ayıran bəzi bərabərsizliklər o dərəcədə aşkar idi ki, uğrunda ciddi mübarizə apara biləsən. Lakin adamlar həmin bərabərsizlikləri yalnız verilən tərbiyənin nəticəsi hesab etdiklərindən, bütün insanların eyni cür ağıllı və xeyirxah doğulduqlarını, lakin sonradan onların yalnız müxtəlif təsisatlar tərəfindən korlandıqlarını düşünərək, çox tez sakitləşirdilər. Buna qarşılıq olan çox sadə vasitə var idi: təsisatlar qurmalı və bütün adamlara eyni tərbiyə verməli. Beləliklə, təsisatlar və maarifləndirmə, müasir demokratiyanın məşhur sehrli iksirinə – böyük prinsiplər üçün alçaldıcı olan bərabərsizlikləri aradan qaldıran, müasirliyin tək ilahi vasitəsinə çevrilmişdi.
Buna baxmayaraq, elmin ən yeni nailiyyətləri eqalitar nəzəriyyələrin əhəmiyyətsizliyini üzə çıxardı və təsdiq etdi ki, keçmişdə insanlar və irqlər arasında yaradılan əqli uçurum, yalnız irsən toplanmışlarla, özü də tədricən doldurula bilər. Müasir psixologiya sərt təcrübə dərsləri ilə birlikdə göstərdi ki, məşhur şəxslər və məşhur xalqlardan ötrü uyğunlaşdırılmış tərbiyə ­sistemi və təsisatlar, digərləri üçün çox ziyanlı ola bilər. Lakin özləri tərəfindən dünyada dövriyyəyə buraxılmış ideyaların uydurma olduğuna əminlik yarandıqda, filosoflar onları dövriyyədən çıxarmaq səlahiyyətinə malik olmurlar. Həmin ideyalar yatağından çıxmış çaya bənzər, heç bir bənd onun qarşısını saxlaya bilməz, ideya dağıdıcı, nəhəng və dəhşətli axın olaraq davam edər.
Və baxın, ideyalar necə məğlubedilməz gücə malikdirlər! Nə bir psixoloq, nə bir mədəni dövlət insanı və xüsusilə – nə də hər hansı bir səyahətçi tapa bilməzsən ki, dünyanın altını üstünə çevirmiş, Avropada nəhəng inqilablara gətirib çıxarmış və Amerikada Cənub Ştatlarını Şimali Amerika İttifaqından ayırmaq uğrunda qanlı müharibəyə sövq etmiş insanların bərabərliyi anlayışının nə qədər yalançı, xəyali olduğunu başa düşməsin; bizim təsisatlar və tərbiyənin, ibtidai xalqlar üçün nə qədər məhvedici olduğunu inkar etməyə heç kimin mənəvi haqqı yoxdur. Bütün bunlarla yanaşı, bir adam da tapa bilməzsən ki, –
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)