b5100845609has quoted8 years ago
Qadınlar almaqdan qorxduğu kimi, kişilər də verməkdən qorxurlar. Özünü başqalarına vermək üçün açmaq, müvəffəqiyyətsizlik, səhv yol və bəyənməmə riskini də özü ilə gətirir. Bu nəticələr son dərəcə ağrılıdır, çünki kişi səhv də olsa, şüur altında özünün yaxşı olmadığı inancı vardır. Bu inanc uşaqlığında, ondan hər dəfə müvəffəqiyyətli olmasını gözləyəndə daha da möhkəmlənib. Qazandığı müvəffəqiyyət nəzərə çarpmayanda ya da təqdir görməyəndə şüur altının dərinliyində — özünün kifayət qədər yaxşı olmadığı inancı formalaşır.
Kişi, bu yanlış inanca qarşı xüsusilə həssasdır. Bu onda uğursuz olma qorxusu yaradır. Vermək istəyəndə müvəffəqiyyətsizliyə uğramaqdan qorxur; beləliklə, o, cəhd etmir. Ən böyük qorxusu yetərsizlikdirsə, təbii olaraq lazımsız risklərdən boyun qaçıracaq. Qəribədir ki, kişi birinə həqiqətən maraq duyub əhəmiyyət verirsə, müvəffəqiyyətsizlik qorxusu da artır və daha az dəyər verici olur. Müvəffəqiyyətsizlikdən qaçmaq üçün, ən çox dəyər vermək istədiyi insanlara belə verməkdən tamamilə vaz keçir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)