ahmedoffelvin99361has quoted8 years ago
Əzişdirilmiş, ancaq hələ tam məğlub olmamış Batista özünün Havanadakı sarayında Makiavellinin məzəmmət etməyəcəyi ideya hazırlayır. 1958-ci ilin avqustunda fidelistlər onun ordusunu rüsvay edəndə o, Şimali Amerikanın Kubadakı hərbi bazası olan Quantanamonu su ilə təchiz edən Yateritas su kəmərini qoruyan əsgərlərə oranı tərk etmək əmri verərək Birləşmiş Ştatların rəhbərlərindən həmin yerə öz qoşunlarını göndərməyi xahiş edir. Batistanın dostu olan amerikan səfir Smit ideyaya zamin durur və öz ölkəsindən buraya hərbi hissələrin gəlməsinə icazə verir.
Batistanın niyyəti olduqca aydın idi: üsyançılar Kubanın yaşıl bayrağını endirməyə həyasızcasına risk etmiş amerikanların bu hərəkətindən qeyzlənəcəklər və Batista xəyallarında artıq amerikanların barbudoları necə sıxışdırıb əzdiklərinin səhnələrini canlandırırdı. Ancaq Fidel bu təxribata uymur. O, su kəməri barədə, guya ki, ümumiyyətlə, unutduğunu göstərir və Havanadakı rəqibini yenə özündən çıxmağa məcbur edir. Bu hadisədən sonra Batista əmin olur ki, gerilyero Fidel Kastro usta strateqdir və bu onu daha da çox həyəcanlanmağa vadar edir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)