Başa düşmək lazımdır: cəsarət bizə təbiətin özü tərəfindən verilməyib, amma cəsarətsizlik də bizim təbii səciyyəmiz deyil. Bu, konfliktlərə girməmək istəyindən meydana çıxan, illərlə formalaşan vərdişdir. Siz qətiyyətli hərəkətlərinizin nəticələrindən çəkinirsiniz və bu təşvişlər şişirdilmişdir, məsələnin mahiyyəti isə budur ki, cəsarətsizliyin nəticələri qat-qat acınacaqlıdır. Siz mənliyinizi itirirsiniz və şübhələrin və vicdan əzablarının qüsurlu dairəsinə düşürsünüz. Yadda saxlayın: dəliqanlı hərəkətlərin nəticəsində meydana çıxan problemləri, daha böyük dəliqanlılığın və qətiyyətin köməyi ilə həll etmək olar