eliw322has quoted8 years ago
Əvvəllər... bax bu tamam ayrı şeydi. Bu haqda ciddi düşünmək lazımdı. Məncə evlilikdən sonra bal ayı eləməkdənsə, bal ayından sonra evlənmək lazımdı.
Bal ayı toydan sonra çox təhlükəlidi. Mən bildiyim qədər 99% evlilik artıq bal ayının sonunda bitir. Ancaq bu addım artıq atılıb və geriyə yol yoxdu.
Din, cəmiyyət, qanunlar, məhkəmə, qohum-əqrəba bütün bunlar mane olur. Əslində hər şey bitib... Qanun tələsik nikaha icazə verməli deyil. O zaman icazə vermək olar ki, cütlük heç olmazsa iki il bir yerdə yaşayıb. İki il bir yerdə yaşamaq mümkündümü?
Qınaqlar, adətlər, başqaları olmasa iki il rahatca yaşaya bildinsə, demək, bundan sonra da yaşaya biləcəksən. Yox, sizi bir yerdə saxlayan ancaq kim nə deyər məsələsidisə, o zaman ailə əslində çoxdan dağılıb.
Belə bir anekdot var.
Bir klinikada çox gözəl tibb bacıları çalışır. Elə bir bu tibb bacılarını kimsə dünya gözəli yarışmasından xüsusi ola­raq yığıb gətirib.
Pasiyentlərdən biri hər dəfə onları görəndə eyni sözü deyir: “Bozluq!”
Onunla eyni palatada yatan adam dözməyib bir gün soruşur: “Sən niyə bu gözəl qızlara “bozluq” deyirsən?”
Pasiyent cavab verir: “O qızlara demirəm. Öz arvadım yadıma düşür”.
Arvad heç vaxt ərinə gözəl görünmür, ər heç vaxt ar­vadına yaraşıqlı görünmür. İnsanlar bir-birini tanı­yan­­dan sonra hər şey məhv olur, bozluq yaranır.
Nikahların əksəriyyəti insanlar bir-birini yaxşı tanı­madan qurulur.
Bunun nəticəsi də hamıya aydındı. Ya da romantikaya qapılıb evlənirlər.
Romantika yaxşıdı. Ancaq şairlər üçün. Kim deyir ki, şairdən yaxşı ər olur?
Şairlər adətən subay olurlar. Onlar hamıya sevgi, divanəlik aşılayırlar. Amma özləri subay qalırlar. Bu onlar üçün ilham mənbəyidi, onlar yazmağa, yaratmağa davam edirlər.
Poetik havayla ailə qurmaq olmaz.
Qoy nəsr havası gəlsin, o zaman qərar ver. Gündəlik həyat poeziya deyil. Gündəlik həyat daha çox nəsrdi. İnsan ayıq başla qərar verməlidi. Kifayət qədər yetkin olmalıdı. Yetkin insanın qərarları da yetkin olur. Ayıq başla sən həyatına və qərarına cavabdehsən. Yetkin olmaq o deməkdi ki, insan artıq ağılsız romantik deyil. Öz həyatına və qərarlarına görə cavabdehdi. Həyatının məsuliyyətini dərk edir. Birgə yaşayışın nə demək olduğunu bilir, problemləri həll etməyə hazırdı.
Yetkin insan çox gözəl başa düşür ki, qarşıda onu güllü-çiçəkli cənnət gözləmir. Başa düşür ki, bu, həyatdı və qarşısına qızılgüllər də, tikanlar, kol-kos da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla birgə yaşamağa qərar verir və onu özü seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil.
Əgər bütün problemləri anlayaraq, hesab edirsən ki, risk etməyə və həyatını başqa bir insana bağlamağa də­yər, o zaman evlən. Bu ailə sevgini öldürməyəcək. Çün­ki bu, realistik sevgidi. Amma “romantik sevgi” xalq arasında “it balası kimi sevirəm” deyiminin eynisidi. Bu sevgidən asılı vəziyyətə düşmək olmaz. Bu sevgi dondurma kimidi. Hərdən onu yemək olar. Amma davamlı olaraq yox.
Prozaik sevgi – ən doğrusu budu. Poetik sevgidən uzaq dur. Axmaq şeydi. Səni girinc edəcək. Öz-özlü­yün­­də nikah heç nəyi məhv eləmir. Nikah, sadəcə, içdə olanı üzə çıxarır. Gerçəklik ortaya çıxır. Gerçək sevgi yoxdursa axır-əvvəl bu üzə çıxır. Nikah, sadəcə, as­tarı üzə tez çıxaran vasitədi.
Yenə də deyirəm, nikahın sevgini öldürdüyünü id­dia etmirəm. Sevgini insanlar öldürür – sevməyi ba­carmayan insanlar. Öncəliklə, sevgi əslində heç olmadığı üçün ölür. Sən xəyallarla yaşamısan, reallıq isə bu xəyalları darmadağın edir. Məlum olur ki, sevgi-zad heç yox imiş. Eyforiyaya qapılmısan. Ayılanda hər şeyi anlayırsan. Əks halda – əgər sevgi doğrudan da olsaydı, belə tez itib getməzdi. Artardı, böyüyərdi, çi­çəklənərdi. Əgər sən yaşamı qavramısansa, hər şeyə ayıq gözlə baxa bilirsənsə, reallığı, həyatı və sev­gini anlayırsansa, bu hiss içində səninlə birgə bö­yü­mə­lidi. Çünki insan özü günbəgün böyüyür, artır, yetkinləşir. İçində sevgi varsa, məntiqlə o da sənlə birgə böyüməlidi. İnsan böyüdükcə içində olanlar da böyüyür. Böyümək – kamilləşmək, yetkinləşmək anlamında deyirəm. İçin böyüməsindən danışıram.
Bu halda nikah sevgi üçün əla bir imkandı.
Heç nə sevgini yıxa bilməz.
Sevgi varsa yaşayacaq və artacaq. Düşünürəm ki, çox zaman bu sevgi olmur. Özün-özünü aldadırsan. Bu bəlkə vurulmaq olur, tutqu olur. Amma sevgi olmur. Bütün başqa hisslər tez bir zamanla keçib gedir. Eh­tiras da, vurğunluq da.
Sevgi tezliklə yox ola bilməz.
Əgər bu, sadəcə, seksual maraqdırsa, intim yaxınlıqdan sonra mütləq yoxa çıxır. Çünki bilinməyən şeylər həmişə maraq doğurur. Elə ki səni cəlb edən qa­dının və ya kişinin bədəninin dadını bildin, ona ma­rağın sönəcək..
  • unavailable
    Osho
    Qadınların kitabı
    • 6.1K
    • 1.7K
    • 117
    • 295
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)