Ancaq Oskar bu cür taktiki məğlubiyyətlərdən yaxa qurtarmağın yolunu yaxşı bilirdi. Buna görə də məntiqi dəlillərə əl atmır, öz qabiliyyətinə arxalanaraq, tamaşaçıların hisslərinə təsir göstərməyə çalışırdı. Canına-qanına biryolluq hopmuşdu ki, camaat qarşısında çıxış edərkən əsas məsələ görülən işin mahiyyəti deyil, onun hansı çalarda çatdırılmasıdır. Paul isə ondan fərqli olaraq, hakimlərin, tamaşaçıların belə mətləbsiz, gurultulu nitqlərə aldandıqlarını görəndə, var gücü ilə öz rəqibinin məntiqsizliyini sübut etməyə çalışırdı. Oskarı təkrar-təkrar mətləbdən danışmağa çağırırdı. Buna görə də hamıya çox tərs, inadkar adam təsiri bağışlayır, məhkəmə üzvlərini də, tamaşaçıları da əsəbiləşdirirdi.
Lautenzak qardaşları, Lion Feyxtvanger
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl