YENİ İL TƏNHALIĞI

Bakıya qar yağmadı, qarsız düşdü qış bizə.
Şaxta baba və qar qız, gəldilər yanlış bizə.
Dustaqlar buraxıldı... şeş düşdü tale zəri.
Qazamatda açıldı yeni dustaq yerləri.
Pəncərədən boylanıb baxdım,
...baxdım ölkəmə.
Xəyalımda dalbadal güllə çaxdım ölkəmə.
Korladı əhvalımı, millətin girincliyi.
Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi.
Sonra da üzüquylu zülüm-zülüm ağladım.
Gedənə rəhmət deyib, gələnə yas saxladım.
Xəyalımda canlandı dostlarımın taleyi.
Yüz qırx yeddi dənə sən, Aqşin Yenisey
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl