Lacivərd Məmmədovahas quoted6 years ago
Məbədlərdə iri çəlləklər və mis vedrələr olur. Bundan başqa burada heç nə görməzsən. O müqəddəs çəlləklərdə pivə saxlanır, müqəddəs vedrələrdə pivə hazırlanır. Pivə xevsurların baş allahıdır, pivə bişirənlər isə birinci dərəcəli keşişdir. Hər festivalda ibadət mərasimi düzənlənir. Keşiş gələn ilin hadisələrindən danışır, sonra kiçik pivə çəlləyini ortalığa çəkib stəkanı pivə ilə doldurur, ruhların sağlığına dörd bir tərəfə – göyə səpələyir. Özü də pivələnib xumarlanır, sonra növbə dindarlara çatır. Pivədən və Müqəddəs Georgidən başqa xevsurlar müxtəlif əşyalarda təcəssüm etdirilən allahlara da sitayiş edirlər – bu əşyalar, əlbəttə ki, narahat edilməməlidir. Onu da deyək ki, xevsurlara təkcə əşyalardan istifadə etməyi qadağan etməyiblər, onlara balıq və ov quşlarının ətini yeməyə də icazə verilmir, halbuki Xevsuriya çaylarında bol balıq, meşələrdə bol ov quşları var.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)