Sakina İbrahimhas quoted7 years ago
Lakin bundan qətiyyən elə bir nəticə çıxarmaq olmaz ki, Nyutonun qabağına çıxan hər adamı öldürməyə, ya da hər gün bazarda oğurluq etməyə haqqı vardı. Sonra... yadımdadır, mən öz məqaləmdə belə bir fikir irəli sürürəm: hamı... misal üçün, ta qədim zamandan başlayaraq, Likurqlara, So­lonlara, Məhəmməd­lərə, Napo­leon­lara və sairəyə qədər yeni qanun qoyan, cəmiyyəti yenidən təşkil edən şəxslər elə bircə ona görə cani idilər ki, onlar yeni qanun qoymaqla cəmiyyət tərəfindən mü­qəd­dəs hesab edilən, ata-babadan qalmış qədim qanunları pozur­dular, hətta onlar qan tökmədən də, əgər bu qan onlara kömək edirdisə, geri durmurdular (bəzən də bu tö­külən qan qədim qanun­ları müdafiə edən günahsız, şücaətli insanların qanı idi). Qəribə burasıdır ki, insanları ye­nidən təşkil edən bu xeyirxah adamlardan
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)