QANUN
40
MÜFTƏ NAHARLARI
NİFRƏTLƏ RƏDD ET
QANUN BELƏ İFADƏ OLUNUR
Sizə müftə təklif edilən şey özündə təhlükə ehtiva edir: adətən bunun arxasında hiyləgər tryuk və ya gizli öhdəlik durur. Qiyməti nəyə isə dəyən şeyə görə haqq ödəməyə dəyər. Öz yolunuzun haqqını ödəyərək siz minnətdarlıq etmək, üzərinizdə günah hissi duymaq və aldatmaq zərurətindən qaçırsınız. Çox vaxt tam qiyməti ödəmək daha ağıllıdır – eyni vaxtda həm parlamaq, həm də qənaət etmək mümkün deyil. Pullara heyfiniz gəlməsin, onları işləməyə məcbur edin, səxavət hakimiyyətin əlamətidir və onu özünə cəzb edir.