Vusala Mammadovahas quoted8 years ago
Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının əhəmiyyəti yoxdur – bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək – həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar saatlarla, günlərlə, həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də.
İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir.
Və bizi xilas edir.
Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat bütöv bir axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, çünki mən yenə onun səsini eşitməyə başlamışam.
Ürəyim mənə dedi ki – mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya getdim.
Mən oyananda o, açıq
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)