ahmedoffelvin99361has quoted8 years ago
“Afrika haqqında. O, yeni müstəmləkəçilərin işğalı üçün, demək olar ki, bakirə torpaqdır. Burada elə dəyişikliklər baş verdi ki, yeni müstəmləkəçilik siyasəti yürüdən hökumətləri müəyyən şəkildə özlərinin keçmiş mütləq səlahiyyətləri ilə üzülüşməyə məcbur etdi. Ancaq proseslər fasiləsiz olaraq bir-birinin ardınca davam edəndə iqtisadi ağalıq nöqteyi-nəzərindən müstəmləkəçilik eyni nəticə ilə və heç bir zorakılığa əl atmadan yeni müstəmləkəçiliklə əvəzlənir. Dünyanın bu hissəsində heç vaxt müstəmləkəsi olmamış Birləşmiş Ştatlar artıq öz müttəfiqlərinin keçmiş ov yerlərinə soxulmaq üçün fəallaşır. Əmin ola bilərsiz ki, Afrika uzun müddətə Birləşmiş Ştatların imperializmi üçün ehtiyat rolunu oynayacaq”.
Asiya haqqında. “Fərqli xarakteristikalara malik qitə. Müstəmləkəçilərə qarşı azadlıq müharibələri bu və ya digər dərəcədə mütərəqqi sayılan hakimiyyətlərin təşəkkülü ilə nəticələnib, ancaq sonrakı təkamül bəzi hallarda milli azadlığın məqsədlərinin daha da dərinləşməsinə səbəb olduğu halda, bəzilərində imperialist yönlü mövqelərə qayıdışla müşayiət olunur. İqtisadiyyat nöqteyi-nəzərindən, Birləşmiş Ştatların Asiyada itirəcəkləri az, qazana biləcəkləri isə çoxdur. Dəyişikliklər onlar üçün əlverişlidir. Ancaq bütün bunlardan yuxarıda Hind-Çin yarımadasında spesifik siyasi şərait mövcuddur, həmin şərait Asiyaya xüsusi əhəmiyyət verir və Şimali Amerika imperializminin qlobal hərbi strategiyasında böyük rol kəsb edir”.
Amerika haqqında. “Amerika bu və ya digər dərəcədə yekcins olan simbioz təşkil edir, onun az qalsın bütün ­ərazilərində Şimali Amerika monopolist kapitalı absolyut hegemoniyaya malikdir. Xəyali, yaxud ən yaxşı halda, zəif və qorxaq hökumətlər özlərinin yanki sahiblərinin əmrlərinə etiraz etməyi bacarmırlar. Buralarda Şimali amerikalılar özlərinin siyasi və iqtisadi ağalıqlarının ən yüksək zirvəsinə qədər yüksəliblər; situasiyanı azacıq dəyişmək yalnız onların ağalıqlarının tənəzzülə uğraması şəklində ola bilər. “Biz başqa Kubaya imkan verməyəcəyik” şüarı altında heç bir risk etmədən San-Dominqoya qarşı təcavüz, yaxud Panamadakı qırğın gizlənir. Bununla da onlar xəbərdar edirlər ki, yanki qoşunları onların maraqlarını məhdudlaşdıran qaydaları məhv etmək üçün heç bir xəbərdarlıq etmədən Amerikanın istənilən nöqtəsinə soxulmağa hazırdırlar”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)