b5100845609has quoted8 years ago
Yaponlar 30 il bundan əvvəl dünya bazarını öz məhsulları ilə zən­gin­ləş­dirdilər. Digər sənaye sahibkarları isə sənaye möcüzəsinə dəqiq nəzər yetirdilər və gördülər ki, yapon fabriklərinin iş prinsipi kollektiv, qrup rejimi qaydasında təşkil edilmişdir. Məhz bir sıra dövlətlər həmin modelin surətini çıxardılar, lakin nəticədə hər şey bir-birinə qarışdı. Yaponiyada ən yaxşı çalışqan prinsip nə idisə (mənim tezisimə görə, yaponlarda sosial tənbəllik effekti baş verməmişdi), bu özlərindən razı və həyatı başqa cür düşünən amerikalılarda və avropalılarda həmin səviyyədə təkrarlanmadı. Komandalar şəklində fəaliyyət bizim ölkəmizdə də mötəbər mənbələrə görə, – əgər onlar mümkün qə­dər fərqli, ixtisaslaşmış insanlardan ibarətdirsə, – daha yaxşı nəticələr verir. Belə qruplarda ayrı-ayrı iş icraatı mütəxəssislərin üzərinə düşdüyünə görə, bu onlar üçün xüsusi məna kəsb edir.
Sosial tənbəlliyin maraqlı təsirləri vardır. Qruplarda biz özümüzü nəinki fəaliyyət prosesindən saxlayırıq, habelə yaxamızı məsuliyyətdən kənara çəkirik. Heç kim yaranmış pis nəticə üçün təqsirli olmasını istəmir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)