Gulshan Jabihas quoted8 years ago
Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır və beləliklə köhnədən qalmış “sənət sənət üçündür”, “onu ancaq bir neçə ariflər və bilicilər anlarlar” gedişindən ayrılıb, “sənət həyat üçündür” prinsipini irəli sürürdü.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)