İlahi!.. Bir gör nə haldayam. Dünyadan iyrənc, dəyərsiz birisi kimi qayıdıram, cavanlığımı divanə avara kimi xərclədim, indi məndən çox şey qalmayıb. Qətl törətmişəm, oğurluq etmişəm, avaralanmışam, tüfeyli həyatı keçirmişəm, başqalarının çörəyini yemişəm. İlahi, niyə bizi belə yaratmısan, niyə bizi bu yollarla aparırsan? Məgər biz Sənin övladların deyilik? Məgər bizim əvəzimizə ölümü qəbul edən Sənin Oğlun deyil? Olmaya, bizə yol göstərən mələk, ya müqəddəs heç yoxdur? Yoxsa bu, uşaq başı aldadan nağıllardan, əslində, keşişlərin özlərinin masqaraya qoyduğu uydurmadan savayı bir şey deyil? Tanrı-Ata, sənin ucbatından artıq mənim ağlım azıb; Sənin yaratdığın dünya çox pisdir, sən heç onun düzəninin qayğısına qalmırsan. Mən meyitlərlə dolu evlər və dalanlar görmüşəm, mən varlıların ya evlərində gizləndiklərini, ya da qaçmaqla canlarını qurtardıqlarını, kasıblarınsa öz bacı-qardaşlarını torpağa basdırmadan bir kənara tullayıb getdiklərini, bir-birindən şübhələndiklərini, yəhudiləri it kimi gəbərtdiklərini görmüşəm. O qədər günahsız qurban və şad-xürrəm cani görmüşəm ki. Olmaya, bizi tamam unutmusan, olmaya, yaratdıqların zəhləni töküb?
Narsis və Qoldmund, Herman Hesse
Herman Hesse
Narsis və Qoldmund
  • 127
  • 81
  • 4
  • 8
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl