Vusala Mammadovahas quoted8 years ago
Qoca dedi ki, iti arvadı öləndən sonra saxlayırdı. O, gec evlənib. Cavanlıqda aktyor olmaq istəyib, amma axırı onunla qurtarıb ki, dəmir yolunda işləməyə gedib və buna təəssüf də eləmir, axı indi az da olsa, ona təqaüd verirlər. Arvadıyla xoşbəxt deyildi, ancaq ümumiyyətlə, ona bərk öyrəşmişdi.
Arvadı öləndə o özünü çox tənha hiss edirmiş. Ona görə emalatxana yoldaşlarının birindən it alıb. Bu, lap balaca küçük imiş, onu əmziklə yedirtmək lazım gəlib. Ancaq itin ömrü insanınkından gödəkdir, onlar eyni vaxtda qocalıblar.
– Onun xasiyyəti pis idi. Aramızda inciklik də olurdu. Ancaq bununla belə yaxşı it idi.
Dedim elədi, cins it idi, gördüm ki, sözlərim qocanın ürəyinə yağ kimi yayılır.
– Siz onu hələ xəstələnməmişdən qabaq görəydiz! Tükü ipək kimiydi, baxanda adamın ürəyi açılırdı.
İti azar tutan gündən Salomono səhər-axşam ona maz sürtürdü. Ancaq əslində it xəstə deyildi, sadəcə, qocalmışdı. Qocalığı isə müalicə edə bilməzsən.
  • unavailable
    Alber Kamyu
    Yad
    • 874
    • 121
    • 28
    • 37
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)