M.Vəlizadəhas quoted6 years ago
Əgər əsas yeməkdən əvvəl qəlyanaltı sifariş vermirsə, xəsisdir. Əgər təkcə sənin üçün yemək sifariş verirsə, deməli, xəsislikdə tayı-bərabəri yoxdur. Əgər ilk on beş dəqiqədə ancaq özündən danışırsa, dabanına tüpürüb aradan çıx, əgər ilk yarım saat ərzində keçmiş sevgilisindən söz açırsa, demək, sağalma mər­hələsindədir, sənə keçmişinə dair çoxlu sual verirsə, qısqanc adamdır. Əgər sənə ancaq bu yaxınlardakı işlərinlə bağlı suallar verirsə, bu axşam onunla yatıb-yatmayacağını bilmək istəyir. Əgər tez-tez mobil telefonuna baxırsa, eyni vaxtda neçə qızla gəzir. Əgər sənə sıxıntılarından danışırsa, özünə ana axtarır. Əgər sənə əla növ şərab sifariş verdiyini deyirsə, özündən bədgümanın biridir. Hesabı bölüşmək istəyirsə, onda sən əsl centlmenə rast gəlmisən, işdir-şayəd, kredit kartını evdə unudubsa, onda qab dibi yalayandır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)