b8777958825has quoted8 years ago
Bununla bağlı tarixçi Qibbon maraqlı nəticəyə gəlir: “Çingiz xanla mister Lokkun dini qanunları arasında çox oxşarlıq var.” İnancından asılı olmayaraq, istər müsəlman, xristian, istərsə də bütpərəstlərdən fərqli olaraq, monqollar dinə ehkam kimi baxmırlar. Avropaya hərbi yürüşlər za­ma­nı onlar istila etdikləri xalqların dinlərini qəbul etmək­dən də çəkinmirdilər. Çində buddizmi, İranda islamı, Ru­siyada xristianlığı qəbul edirdilər. Lakin bütün bunlar şa­ma­nizmin bir çox detallarını saxlamaqda onlara mane ol­murdu. Buna görə də islam dünyasının qüdrətli dövlətləri Teymuru həqiqi müsəlman saymırdılar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)