Azər Əlizadəhas quoted5 years ago
DÖZMƏK OLMUR DAHA XALQIM Bu gəlir, aldadır xalqı,O gəlir, aldadır xalqı...Gör nə yaman günə qalıb,Gör ki, nə haldadır xalqım...İlanla da dolanandı,Əqrəblə də dil tapandı,İblisə də inandı,Səbr, inam dağı xalqım...Gəmisi var, sükanı yox,Sərvəti var, imkanı yox,Vətəni var, baxanı yox,Kim belə qarğayıb xalqı.Binayi-qədimdən qardaş,Ərzi icarə edir baş,Biz hisslər əsiriyik – kaş,Kaş olaydıq ağıl xalqı.Çox-çox xanı, çox-çox bəyi,O qaldırıb mərtəbəyə,Onlar da xalq deyə-deyə,Gecə-gündüz sağıb xalqı.Mərddən artıqdı namərdi,Dərdi çox, yoxdur həmdərdi,hər gün başına göylərdən,Öz daşındır yağır xalqım...Nə qədər qanlı dişlər var,Nə qədər çirkin işlər var,Dünyada dost var, düşmən var,Bizə durub baxır xalqım...Nə qədər biqeyrət olar,Nə qədər xəyanət olar,Nə qədər müsibət olar,Dözmək olmur daha xalqım...Düşmənimiz özümüzdən,Ya Rəbb, qoru bizi bizdən,Bu ləkəni üstümüzdən,Kim siləcək axı, xalqım?!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)