Gulshan Jabihas quoted8 years ago
General Kotlyarovski Muğana gedib, burada olan Qarabağ elatını geri qaytardı və Ərkəvan qalasını yürüşlə aldı. Sonra Ləngərkünana (Lənkərana) gedərək, oranın qalasını mühasirə etdi. Hicri 1228-ci (=1813) ildə, kanuni-saninin (yanvarın) birində, aşura axşamı yürüşə başladı. Hər iki tərəf şiddətli müqavimət göstərib, mərdanəliklə vuruşdu. Axırda rus generalının qorxu bilməz təbiətinin qüvvəti sayəsində qala alındı. Qala mühafizlərinin sərkərdələri olan sərhəng Sadıq bəy və Məhəmməd bəy Qacar rus və müsəlmanlardan bir çox adamla bərabər öldürüldü. Kotlyarovski özü də üç ağır yara aldı.
Həmin ilin baharında, İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan namüd oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi, İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (=1813) ildə, təşrini əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə iran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi.
Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)