Lacivərd Məmmədovahas quoted6 years ago
İsmaililər təriqətini (Əlinin tərəfdarları) yaratmışdı. Həsən ibn Sabbah özü Əlinin təcəssümü idi. Onun fikrincə, adamlar buna görə ona beyət etməli idi. O, Qafqaz dağlarında özünə qala ucaltmış, müstəbid hökmlərini buradan verirdi. Onun əlindəki vasitələr terror və həşiş idi; düşmənləri üçün – terror, terroru həyata keçirən dostları üçün – həşiş.
Qalanın divarları üstə asma bağ salınmışdı, dünyanın ən gözəl bağı. Həsən ibn Sabbah beyinləri bir cam həşişlə əvvəlcədən dumanlandırılmış tərəfdarlarını buraya yollayırdı. Sonra özü də buraya gəlir, xəncərlə onların əlinə iz qoyub deyirdi: “Get öldür və öl!” Xəncərin üstündə qurbanın adı yazılırdı. Tərəfdarlara buraya salamat qayıtmağa icazə verilmirdi, hətta tapşırığı yerinə yetirib təqibdən yayına bilsə də. Onlar ölməli idilər ki, həmişəlik Əlamut bağında qalsınlar, çünki Əlamut göylərin əbədiyyət bağı idi, onlar bu bağı həşiş xəyallarında görürdülər, buranın sahibi isə xilqətin ağası idi. Ona vəhy gələndən sonra Həsən ibn Sabbah ömrünü bu qala divarları arasında keçirdi. Üzü həmişə niqablı idi, tərəfdarlarından heç biri onun üzünü görə bilməzdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)