Gulshan Jabihas quoted8 years ago
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan beş dil, ümumiyyətlə, daha çox işlənir:
1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, Şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir.
2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir.
3) Beş Aqquşa mahalının dilidir. Bu dildə Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışırlar.
4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.
5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)