İnsan kimi düşünsəydi, canavar balası, yəqin ki, bu nəticəyə gələrdi: həyat – doyunca yemək üçün ehtirasdır, dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər. Onlar bir-birləri üçün yemək əldə edir, hətta bir-birini yeyirlər. Səhnədə qanlar tökülür, orada başdan-ayağadək amansızlıq hökm sürur. Bir sözlə, həyat meydanı qarmaqarışıqlıqla, təsadüflərlə doludur.