Vusala Mammadovahas quoted8 years ago
Həyatın səni barmağına dolamasını dərk etmək necə də utandırırdı, – adam bilmir ağlasın, ya gülsün! Ya hisslərinə azadlıq verib, Analar anası Həvvanın köksünə sıxılıb yaşayırsan, onda bəzən həzzin dadını çıxarırsan, amma yenə də dünyanın faniliyi qarşısında çarəsiz qalırsan; bu gün göz oxşayan, sabahsa çürüyüb torpağa qarışan meşə göbələyini xatırladırsan. Ya da müdafiə axtarırsan, emalatxanaya qapanıb qısa həyatın xatirəsini yaratmağa çalışırsan – onda özün həyatdan imtina etməlisən, onda sən özün, sadəcə, silahsan; əbədiyyətə xidmət edirsən, amma özün bu zaman susuz qalmış ağac kimi quruyursan, azadlığından, həyatın sevinci və dolğunluğundan məhrum olursan. Usta Niklausun da nəsibi belə olub.
Halbuki insan həyatı yalnız hər ikisinə nail olduğu an məna kəsb edir. Təkcə bu zaman o, lənətə gəlmiş ”ya-ya da” ifadəsinə görə iki hissəyə bölünmür! Yaradır, amma həyatı bahasına deyil! Məgər bu mümkündürmü?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)