Bahlul Valiyevhas quoted7 years ago
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,
Böylə bir düstur qocalmış ideal olsun gərək!
“Hər kimin vicdanı pakdırsa o bir divanədir”, –
Bu kəlamın barəsində qilüqal olsun gərək!
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,
Göz yaşından gözlənən məlhəm mahal olsun gərək!
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,
Əhli-haldan dəm vuran kəs əhli-hal olsun gərək!
Hər bəlaya şir tək gərməkdəyəm mən sinəmi,
Vurğunun “Düşkün” adı Rüstəmi-Zal olsun gərək!

1927
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)