Vusala Mammadovahas quoted8 years ago
Başqalarıyla müqayisə edilərsə, ona hər halda qəşəng demək olardı, qisməti isə başqa olsaydı, füsunkar qız təsiri də bağışlaya bilərdi: qadının gözəlliyi bəzəkdə olduğu kimi, şeriyyəti də onun ruhi qidasındadır. Əgər bal ziyafətinin şənliyi al bir şəfəq kimi bu solğun bənizə kölgə salsaydı, əgər zərif bir məişətin fərəhi bu xəfifcə batıq yanaqları doldurmuş və qızartmış olsaydı, məhəbbət bu qəmli gözlərə həyat nuru saçsaydı, Viktorina hər hansı gözəl bir qızla yarışa bilərdi. O, qadına yeni həyat verən bir şeydən – pal-paltardan və eşq məktublarından məhrum edilmişdi. Onun macərası böyük bir kitabın süjetini belə təşkil edə bilərdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)