Vusala Mammadovahas quoted8 years ago
Mənim dediklərim ağlasığmaz görünə bilər. Bununla belə, həmin o mənim nağıl etdiyim vaxtlarda Fransanın bir çox kəndlərində qətiyyən məktəb yox idi. Məktəb olan yerlərdə isə çox vaxt elə müəllimlərə rast gəlmək olurdu ki, onlar bu və ya başqa bir səbəb ucundan uşaqlara heç bir şeir öyrətmirdilər. Onlar yalnız uşaqların üstündə göz olur və bunu özləri üçün başlıca vəzifə hesab edirdilər. Bizim kənd məktəbində də belə olmuşdu. Müəllimimizin özü bir şey bilirdimi? Yəqin ki, bilirdi, mən onu qanmazlıqda təqsirləndirmək istəmirəm. Ancaq mənim məktəbdə olduğum müddət ərzində o nə mənə, nə də yoldaşlarıma bircə dəfə də dərs vermədi, onun sənəti çəkməçilik idi. Səhərdən axşama qədər taxta ayaqqabılar hazırlayır və elə səylə çalışırdı ki, ətrafı təpə kimi fıstıq və qoz ağacı yonqarı ilə dolu olardı. Biz ancaq hava və öz ev işlərimiz barəsində danışardıq. Oxumaq və ya hesab həll etmək heç ağlımıza da gəlməzdi. Bu fənləri bizə öyrətməyi o öz dərzi qızına həvalə etmişdi. Qız da atası kimi hərəkət edirdi. Atası necə səylə rəndələyirdisə, qızı ondan da artıq səy göstərərək öz tikişini tikirdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)