Vusala Mammadovahas quoted8 years ago
Ərlə arvad ayrı-ayrı sahələrdə çalışarkən tamamilə başqa problemlər ortaya çıxır. Əgər qadın şirkət direktorudursa, kinoulduzdursa, yaxud siyasi xadimdirsə, ərinin cüzi uğurları, yaxud, ümumiyyətlə, uğursuzluğu müqabilində böyük nailiyyətlər qazanıbsa, onda qadından böyük mərifət və sonsuz nəzakət tələb olunur ki, əri işlərin bu cür vəziyyətini qəbul edə bilsin. Unutmayaq ki, bizim əxlaqımızın hazırkı durumunda bu şərait kişilərə hələ də anormal görünür. Bu cür hallarda ən yaxşı qərar kişini qadının bu qədər uğurlar əldə etdiyi fəaliyyət sahəsinə yaxınlaşdırmaqdır, amma bunu o formada etmək lazımdır ki, kişinin heysiyyətinə, qüruruna toxunmayasan. Kişi uğur qazanmış arvadının işlərini idarə etməyi öz əlinə ala bilər. Tutaq ki, qadın modelyerdir və qeyri-adi geyim növləri yaradır. Bu vaxt kişinin şirkətin maliyyə işləri ilə məşğul olması mümkündür. Yaxud qadın kinoulduz kimi dünya məşhurudur və bütün ekranları zəbt edib, eləmi? Belədə, qoy kişi də onun prodüsseri olsun. Bir qədər təvazökarlıq, bir-birini qarşılıqlı olaraq daha çox təqdir etmə və səmimi duyğular – onda nikah da salamat qalar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)