Tərif, Ehtiram, Pərəstiş – bir-birinə yaxın olan bu anlayışların tərkibində məxsusi «TEP» vitamini var, bu vitaminsiz onların iradəsi zəifləyir. Bizim bədənimiz kalsiuma və fosfora ehtiyac duyur, ruhumuz isə təqdir və iltifata. Bədənimiz günəş şəfəqlərindən canlanır, ruhumuz isə məhəbbət şüalarından.