Gulshan Jabihas quoted8 years ago
Əlqas mirzə Ruma gedib Sultan Süleymanı İran səfərinə tərğib etdi. O, üçüncü dəfə hicri 955-ci (=1548) ildə saysız qoşun, topxana və bir çox təchizatla İran üzərinə hərəkət etdi. Şah Təhmasib tam bir hazırlıqla qarşıya çıxdı. İsmayıl mirzə və Göycə sultan da, onun əmrinə görə, Şirvan qoşunu ilə bərabər bu müharibədə iştirak edirdilər. Xülasə, bir çox müharibələrdən sonra, Sultan Süleyman Ruma qayıtdı. Əlqas mirzə də İraqa və Farsa gedib iğtişaş qaldırmağa başladı. Buradan da Bağdada gəldi. Axırda tutulub, qardaşının hökmü ilə Qəhqəhə qalasında dustaq oldu. Ömrünün axırlarında Məşhədi-müqəddəsə gedib orada vəfat etdi. Gözəl təbi vardı...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)