Vusala Mammadovahas quoted8 years ago
BMT-nin İNSAN HAQLARI KOMİTƏSİ ÜÇÜN MƏRUZƏ

Həyatda qadınlar yox, sevgilər azad olmalıdır.
Qadınlar bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey.
Həyatda sevgilər yox, qadınlar azad olmalıdır.
Sevgilər bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey.
Həyatda qadınlar da, sevgilər də azad olmalıdır.
Kişilər bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey,
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)