Xuraman Memmedovahas quoted6 years ago
Onun vəzifəsindəki ziddiyyət bundan ibarət idi ki, bu vəzifədə olan adam, zorakılıq da daxil olmaqla, xarici vasitələrlə kilsəyə kömək göstərib onu müdafiə etməli idi. Halbuki kilsənin özünün öyrətdiyinə görə, onu Allah bərqərar etmişdi, ona həm cəhənnəm qapıları üstün gələ bilməzdi, həm də insan heç bir vəchlə onu məğlub edə bilməzdi. Heç bir şeylə məğlub edilməyən bu ilahi müəssisəyə isə öz çinovnikləri ilə birlikdə Toporovun başçılıq etdiyi, insanlar tərəfindən qurulmuş idarə kömək göstərib, onun müdafiəsinə qalxmalı idi. Toporov bu ziddiyyəti görmürdü və ya onu görmək istəmirdi, odur ki, cəhənnəm qapılarının məğlub edə bilmədiyi kilsəni hər hansı bir katolik keşişin, pastorun və ya təriqətçinin dağıtmamasının ciddi surətdə qeydinə qalırdı. Əsas dindarlıq hissindən, insanların bərabərliyi və qardaşlığını dərk etməkdən məhrum edilmiş bütün adamlar kimi, Toporov da möhkəm yəqin eləmişdi ki, xalq onun özünə oxşamayan tamamilə başqa şəxslərdən ibarətdir və xalq üçün zəruri hesab etdiyi şey olmadan da, o özü çox yaxşı dolana bilərdi. O özü qəlbinin dərinliyində heç nəyə inanmırdı, belə bir vəziyyəti çox münasib və xoş hesab etsə də, xalqın da bu vəziyyətə gəlib çatacağından qorxduğu üçün, özünün dediyinə görə, onu bundan xilas etməyi öz müqəddəs borcu bilirdi.
Bu aşpazlıq kitabında deyilir ki, xərçənglər diri-diri qaynar suda bişirilməyi xoşlayır. Həmin ifadə kitabda məcazi mənada işlədilmiş olduğu halda, Toporov bunu məcazi mənada deyil, açıqdan-açığa yəqin eləmişdi və həmişə belə düşünür, deyirdi ki, xalq mövhumatı sevir.
O müdafiə etdiyi dinə toyuqçunun öz toyuqlarına verdiyi çürüntüyə bəslədiyi münasibət kimi bir münasibət bəsləyirdi: çürüntü çox iyrənc olsa da, toyuqlar onu sevə-sevə yeyirlər, buna görə də onlara cəmdək yedirtmək lazımdır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)