Gulshan Jabihas quoted8 years ago
Onun «Xəmsə»dən başqa 20.000 beytdən ibarət bir divanı olmuşdur. Bu divanda onun sənətkaranə üslubilə yazılır:
Dünya qaranlıq və yol çətindir, atının cilovunu çək.
Bir müddət varlıq aləmindən ruhani aləmə çəkil.
Təbiət qarğalarını ünsiyyət bağından qov, çıxar.
Səadət quşlarını imtahan toruna çək.
Elə ki, mənəviyyat aləminə aşina oldun...
Minlərcə mənəviyyat şərbətini birnəfəsə bol-bol iç.
Onun hikmətilə sərməst olunca fələkin çadırını yıx, dağıt.
Ərşin sütununu sarsıt, göyün ipini çək.
Onun yolunu ayaqla getmə, onun camalına batini gözlə bax.
Onun sözünü dil ilə söyləmə, onun şərabını ağızla içmə.
Ey Nizami, bu nə əşardır ki, sənin təbindən büruzə gəlir!
Heç bir kəs sənin rəmzini bilmir, dilini saxla, dilini saxla!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)