Konul Guliyevahas quoted8 years ago
Mən xristian bir milləti təmsil edirəm, cənab Lezaj və bunun mənim üçün özünəməxsus mənası var. İranlılar xristian millətlər haqqında bu gün nə düşünürlər? Neft sahəsini ələ keçirmiş xristian İngiltərə haqqında, ən qəddar meşə qanunları ilə hərəkət edən xristian Rusiya haqqında nə fikirləşirlər? Bu günədək qarşıladıqları xristianlar necə insanlar olub? Yalançılar, lovğa eqoistlər, tanrısını ­unudanlar, kazaklar! Sizcə, haqqımızda başqa necə düşünə bilərlər? Belə olan təqdirdə bir yerdə necə yaşaya bilərik? Ya qulumuz, ya da düşmənimiz olmaqdan başqa seçim təklif edə bilmərik? Yəni bizimlə ortaq, bizə tay insanlar ola bilməzlər? Xoşbəxtlikdən, hələ də bizə və dəyərlərimizə inanan şəxslər var, ancaq onlar belə avropalını iblisə tay tutan minlərlə səsi daha nə qədər boğa biləcəklər?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)