Xuraman Memmedovahas quoted5 years ago
Saxlancın açarı bir Papadan digərinə keçirdi, ancaq kamerari onu oğurlaya bildi və relikvariyə daxil oldu. Burada saxlanı­lanlar adamı sehrə salırdı. Orada İncilin dərc olunmayan – apo­krif adlandırılan on dörd əlyazması var idi. O burada Fatimənin etdiyi üçüncü peyğəmbərliyi gördü. Birinci iki peyğəmbərlik çin olmuşdu, üçüncü isə o qədər dəhşətli idi ki, kilsə ictimaiyyəti onunla tanış etməyə cürət eləmədi. Bundan başqa, kamerari saxlancda “İllüminati” qardaşlığına aidiyyəti olan əşyaların bü­töv kolleksiyasını gördü. Kolleksiyada birliyin bütün sirlərinin cavabı var idi. Kilsə illüminatları Romadan qovaraq almışdı bu cavabları. Maaraiflənmə Yolu... Vatikanın əsas memarı olan Bernininin hiyləgər fəndləri... Avropanın aparıcı alimlərinin “Müqəddəs Mələk Qəsri”ndəki Nur Məbədinə yığışıb, kilsənin ünvanına dedikləri lağ-lağılar. Bu kolleksiyada, içində altı damğa olan beşguşəli mücrü də var idi. Mifik “İllüminatların Rombu” da elə bu damğalar­dan biri idi. Bütün bunlar Vatikanın qədim tarixinin bir hissəsi idi və onun haqqında yaddan çı­xarmağa üstünlük verirdilər. Lakin kamerari bununla razılaş­mırdı.

?

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)