Seymur Mukhtasanlihas quoted7 years ago
tezliyini ani olaraq tanıdı və qapı çıqqıldayaraq açıldı. Syuzan yoluna davam etdi.
Mühafizəçi, beton yolla gedən Syuzandan gözünü çək­mirdi. O, fikir verdi ki, qızın qonur gözlərinin baxışları bu gün necəsə boş idi, amma yanaqlarında təravətli qızartı oy­nayırdı, çiyninə qədər olan kürəntəhər saçlar isə indicə qu­rudulmuşdu. Ondan “Conson bebi” tozunun yüngül ətri gə­lirdi. Onun baxışları qızın gözəgəlimli qamətində sü­rüşdü, altında güclə sezilən büshalter olan ağ bluzkanın, di­zə qədər xaki rəngli yubkanın və nəhayət, onun ayaq­ları... Syuzan Fletçerin ayaqları üzərində dayandı.
İnanmaq çətindir ki, bu cür ayaqlar 170 bal İQ gəzdirir. Mühafizəçi başını buladı.
O, qızın arxasınca çox baxdı. Və qız gözdən itəndə, ye­nə də başını buladı.
Tunelin axırına çataraq, Syuzan girdə seyf qapısına dirəndi, qapının üstündə çox iri hərflərlə yazılmışdı – MƏXFİ.
O, köksünü ötürərək, əlini içərisində rəqəmsal qıfıl olan yarığa saldı və beş rəqəmdən ibarət olan öz şəxsi şifrəsini daxil etdi. Bir neçə saniyədən sonra iyirmi tonluq polad maşın hərlənməyə başladı. Qız fikirlərini toplamağa cəhd elədi, amma fikirlər onu inadla Devidin yanına qaytarırdı.
Devid Bekker. Onun sevdiyi yeganə kişi. “Corctaun Uni­versiteti”nin ən cavan professoru, parlaq alim-linqvist olan Devid akademik aləmdə hamı tərəfindən tanınmışdı. Fenomenal yaddaşın və dillərə qabiliyyətin yiyəsi oldu­ğun­dan, altı Asiya dilini mənimsəmişdi, həmçinin də ispan, fransız və italyan dillərini gözəl bilirdi. Etimalogiya üzrə mühazirələrdə iynə atsaydın, yerə düşməzdi və o, saysız-hesabsız suallara cavab verərək, auditoriyada uzun müddət ləngiyərdi. O, tələbə qızların heyranlıq dolu baxışlarına fikir verməyərək, yüksək bilik və maraqla danışırdı.
Bekker otuz beş yaşlarında qarayanız, cavan görkəmli, möhkəm bədən quruluşlu, yaşıl gözləri, diqqətlə baxan və heyrətamiz yumor hissi olan kişi idi. Syuzana belə gəlirdi ki, iradəli çənə və sifətin düzgün cizgiləri mər­mər­dən çapılıb. Boyu yüz səksən santimetrdən hündür olduğu halda o, kortda universitet üzrə həmkarlarından xeyli sü­rətlə hərəkət edirdi. Növbəti tərəf-müqabilini darmadağın etdikdən sonra o,
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)